Xidmət tərəfindən əsas ərzaq məhsulları və tikinti materialları və digər hallar üzrə həftəlik, aylıq monitorinqlər aparılır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Aslanbəyli qurumun illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

“Xidmətin monitorinq aparmasının məqsədi “qiyməti aşağı sal” demək deyil. Buna nə səlahiyyətimiz var, nə də bunun məntiqi var. Çünki qiymət tənzimlənməsi zamanı dövlət qurumunun səyi ilə qiymətin məcburi aşağı salınması qıtlığa səbəb olur. Monitorinqlərlə qeyri-adi qiymət oynamasını aşkar etmək və bu aşkarlanmaları yoxlamaqla qiymətin əmtəə bazarında hökmran mövqeyə malik subyekt tərəfindən tətbiq olunub-olunmadığını yoxlamaqdır. Əgər belə hal yoxdursa, demək ki, qiymət tələb əsasında formalaşır", - Məmməd Aslanbəyli vurğulayıb.

.