"AzParking" mobil tətbiqinin fəaliyyətində problem yaranıb.

Bu barədə yenizaman.Az-ın sorğusuna cavab olaraq "AzParking"dən məlumat verilib.

"Bizdən asılı olmayan texniki səbəblərdən "AzParking" mobil tətbiqinin fəaliyyətində fasilə yaranıb. Qeyd olunan vaxt intervalı ərzində aparılan bütün monitorinq nəticələri nəzərə alınacaq", - deyə bildirilib.

AzParking tətbiqində problem - Foto

Qeyd edək ki, bəzi istifadəçilər "Birbank" mobil tətbiqi vasitəsi ilə də "AzParking"ə ödəniş etməkdə problem yaşayırlar.

.