“Hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Əlif Hacıyev elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq.

Nazirlik: Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib

“Dünyada olan 900 palçıq vulkanının 300-nə Azərbaycanda rast gəlinir. Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Qurban Yetirmişli: “Bu vulkan sonuncu dəfə 1945-ci ildə püskürüb”

“Dünənki palçıq vulkanı Daşlı ada deyilən yerə yaxın ərazidə püskürüb. Bu vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, vulkan 8 dəqiqə püskürüb:

“Dərinliyi 1,48 km olub”.

RSXM: Vulkan nəticəsində heç bir insan təlafatı qeydə alınmayıb

“Vulkan püskürməsi nəticəsində ölənlərin, yaralanların olması barədə məlumatlar tamamilə əsassızdır. Mən bilmirəm ki, bu kimi məlumatları əsassız olaraq kimlər yayır”.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, vulkan püskürməsi nəticəsində heç bir insan təlafatı qeydə alınmayıb.


 

.