Dünyaca məşhur prodüser Harvi Vaynşteynin məhkumluğu Nyu-York Yüksək Məhkəməsi tərəfindən ləğv edilib.
“Guardian” xəbər verir ki, Apellyasiya Məhkəməsi Vaynşteynin işinə sədrlik edən məhkəmə hakiminin mühüm səhvə yol verdiyini müəyyən edib.
Buna görə məhkəmə prodüserin 2020-ci ildə ağır cinsi cinayətlə bağlı hökmünün qüvvədən düşdüyünü bəyan edib. Lakin onun yenindən mühakimə edilməsi istisna edilmir.
Qeyd edək ki, prodüser “Me too” hərəkatını alovlandıran əsas simalardandır.
.