Xəzərin Pirallahı rayonu ərzasinə yaxın hissəsində balıqçı batıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, noyabrın 11-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirallahı rayonu ərazisində dənizdə 1 balıqçının batması barədə məlumat daxil olub. Dünən hava şəraiti əlverişsiz olduğundan axtarışa bu gün FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.
.
