Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradıb.
Nəticədə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov işdən çıxarılıb.
Yeni yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə sədr isə Rauf Göyüş oğlu Vəliyev təyin edilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin yeni sədri QSC-də hansı dəyişiklik aparıb?
Modern.az saytı bu sorğu ilə qurumun mətbuat xidmətinə müraciət edib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov Modern.az-a açıqlamasında yeni qurumun formalaşması prosesinin getdiyini bildirib:
"Hələlik "Xəzər Dəniz Gəmiçiliyi”ndə struktur dəyişikliyi olunmayıb. Sadəcə olaraq, yeni qurumun formalaşması prosesi gedir. Əlavə bir xəbər yoxdur”.
Əslən Cəbrayıl rayonundan olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sistemində çalışıb. Rauf Vəliyev bu təyinatadək ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.
.