Avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Masallı rayon sakini Amil Əliyev çimərkən boğulublar.
Yenizaman.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, V.Qədirovun meyiti çıxarılıb, A.Əliyevin meyitinin tapılması üçün tədbirlər görülür.
Araşdırma aparılır.
