Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.

Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.

Məlumata görə, yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.

 

Qadının yaxınları körpənin həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib.

Faktla bağlı Tovuz Rayon prokurorluğunda araşdırma aparılır.

.