"Biz inanırıq ki, Astanada keçiriləcək sammit Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı son sammit olacaq”.APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X. Xələfov bildirib ki, tərəflər həmin sammitdə Konvensiya layihəsinin qəbuluna ümid edirlər: "Konvensiya qəbul olunduqdan sonra daha böyük işlər başlayır. Yenidən sammitlər olacaq, amma burada iqtisadi, təhlükəsizlik və kommunikasiya məsələləri müzakirə ediləcək. Sammitin hələlik 2016-cı ildə keçirilməsi razılaşdırılıb. Dəqiq tarix isə prezidentlərin qərarı ilə müəyyənləşəcək”.
.
