"Azadlıq”radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə hazırlıq iclası iyulun 22-nə təyin edilibCinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın icraatına verilib
Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, "Azadlıq Radiosu” və "Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda "Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxllanılıb. Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbail Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham ürə 5 dekabr 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan X.İsmayılovaya qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.
X.İsmayıl ittihamları qəbul etmir, siyasi sifarişlə həbs edildiyini bildirir. Amnesty İnternational təşkilatı X.İsmayılı "vicdan məhbusu” kimi tanıyıb.

.