Bu dəqiqələrdə aldığımız məlumata görə, "Azadlıq radiosu"nun əməkdaşı Xədicə İsmayılı Bakıda hava limanında saxlayıblar. Bu barədə məlumatı jurnalist öz facebook səhifəsində paylaşıb. Tiflisdən səfərdən qayıdan X.İsmayılı sərhədçilər hazırda hava limanında otaqda saxlayırlar. Jurnalistin şəxsi əşyalarını bir-bir yoxlayıblar. Yoxlanış zamanı X.İsmayılın hətta sınıq ayağındakı sarğısını belə açdırıb yoxlayıblar. Jurnalist bir saatdan çoxdur ki, otaqda gözləyir.
azadliq.info
.
