Müğənni Xatirə İslamın döyüş bölgələrində çəkdirib sosial şəbəkədə paylaşdığı şəkillər birmənalı qarşılanmayıb. Hətta onu buna görə qınayanlar da olub. 
AzNews.az xəbər verir ki, bundan əsəbiləşən Xatirə şəhərə dönən kimi onu qınayanların cavabını verib. O, qeyd edib ki, qadınlar bəzi kişilərdən daha şərəflidir: "Mən bir seyi anlamıram axı, niyə bizim içimizdə paxıllıq var? Mən körpə uşağımı evdə qoyub hər an vurula biləcəyimi bilə-bilə ön cəbhəni ziyarət edirəm ki, olar da bizi görüb fərəhlənsinlər. Amma buradakı bəzi fikirləri oxuyanda adam hər şeyə heyfslənir. Özü də kinayəli yazanlar itdən-pişikdən qorxan adamlardır”. 
Müğənni onu qınaq obyektinə çevirənləri yazıq adlandırıb: "Siz elə Bakıda qalın, ora sizin maşınlar qalxmaz, altını vurarsınız. Girin bir az kafelərdə oturun, qəlyanınızı çəkin, gedin yatın. Paxıllıq içinizi çürüdəcək”.

.