İyirmidən çox ölkədən gələn 40-a yaxın beynəlxalq səyyah Ağdam şəhərinə səfər edib.

Nümayəndə heyətinə Ağdamın tarixi və turizm potensialı barədə ətraflı məlumat verilib.

Eyni zamanda, qonaqlara 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər, tarixi abidələrin erməni vandallığına məruz qalması bildirilib, həmin abidələrə baxış keçirilib.

Ermənilərin Ağdamın Sarcalı kəndini işğal dönəmində tamamilə xarabalığa çevirdiyi və bütün torpaq sahəsini minaladığı barədə də məlumat verilib.

Qonaqlara bildirilib ki, Ağdam işğaldan azad olunandan dərhal sonra bu cür tarixi abilərdə, məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin başçılıq etdiyi nümayəndə heyəti Ağdamdan öncə Şuşa şəhərində də olublar.

.