Laçına səfər edən diplomatik korpus nümayəndələrinə orada aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.
Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirilib.
Xarici diplomatlar artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.
.