Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də 10 təşkilatın təmsilçiləri Laçında Aqro və Sənaye Parkının tikintisi ilə tanış olublar.
Səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri ilə tanışlıq məqsədi daşıyır.
Qonaqlara sənaye parkının imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Aqro və Sənaye Parkı Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada 46 müəssisə fəaliyyət göstərəcək, ümumilikdə 1200-ə yaxın yerli sakin işlə təmin olunacaq.
.