Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

.