Azərbaycanın Xankəndi şəhərində, Qarabağ Universitetində keçirilən "Yeni Dünya Nizamına Doğru" mövzusunda 7-ci ADA Siyasi Forumu başlayıb.

Forumun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə ediləcək.

“Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusundakı ikinci panelin moderatoru isə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə olacaq.

Qeyd edək ki, tədbir öz işini aprelin 9-da Bakıda davam etdirəcək.

.