Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulur.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil yollarının reyestri və layihə smeta sənədlərinin iqtisadi analizi şöbəsinin rəisi Qəzənfər Səfərov jurnalistlərə açıqlamasında deyib.

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq.

.