Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

10 avtomobildən ibarət karvan Laçından Xankəndiyə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

RSK-nə məxsus təminat maşınlarının yoldan maneəsiz keçidini aksiya keçirilən ərazidə olan xarici KİV nümayəndələri də müşahidə ediblər.

Qeyd edək ki, Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İtaliya, Macarıstandan olan KİV nümayəndələri bu gün aksiya keçirilən əraziyə gəliblər.

***

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yoluna xarici KİV nümayəndələri səfər edib.

Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İtaliya, Macarıstandan olan KİV nümayəndələri aksiya iştirakçılarından müsahibələr alır, aksiyanın gedişatını izləyirlər.

Xarici jurnalistlər çəkiliş aparan zaman Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidini müşahidə ediblər.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyası 33 gündür davam edir.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

 

 

.