İran ABŞ ilə dolayı danışıqlara hazırdır.

 “Reuters“ xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri Kamal Xərrazi deyib.

“Tehran ABŞ-a bütün qapıları bağlamayıb və qarşı tərəfi qiymətləndirmək, öz şərtlərini bildirmək və müvafiq qərar qəbul etmək üçün Vaşinqtonla dolayı danışıqlara hazırdır” - Xərrazi bildirib.

.