
Həmişə özünü "taclı kraliça” adlandıranİlhamə Quliyeva ilə Aygün Kazımova arasında soyuq müharibə yenidən qızışıb. Bu barədə show.az bildirir ki, Türkiyədən qayıdan Aygünün "ən böyük tac məndədir. Bu kraliçaların kraliçasının tacıdır. Əslində mən 88-ci ildə tacımı taxaraq, səhnəyə çıxmışam.
O aksessuarı özəlləşdirdim sanki. Kimlərsə tac qırğınına çıxıb, amma mən tacımı taxıb gəlmişəm səhnəyə” deməsi İlhaməni özündən çıxarıb. "10 nəfər də başına tac taxıb otursa, tac mənimdir” söyləyən İlhamə Quliyeva Aygünə ismarıclar atmaqda davam edir.
Xatırladaq ki, Aygün Kazımova təxirə düşən konsertində iri bir tacla çıxış etməyi planlaşdırırdı.
Bundan başqa Diva ötən gün sevimli iti Prinçessanın başına 2012-ci il Nabran konserti zamanı taxdığı tacı qoyaraq fotosessiya etdirib.
Xalq artistləri arasında tac üstündə gedən müharibənin nə ilə bitəcəyi, hələ ki, məlum deyil.
.