Azərbaycanın xalq artisti Elmira Rəhimovadan xəbər var.
Axşam.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun müddərdir səhhətində problem yaranan müğənninin vəziyyəti daha da ağırlaşıb.
Xalq artisti açıqlamasında "Bütün efirlərdən imtina edirəm, ekranlarda görünmək istəmirəm. Hazırda canımla əlləşirəm. Səhhətimdə problemlər var. Dərmanlarımı qəbul edirəm, inanıram ki, hər şey yaxşı olacaq”,-deyə bildirib.
Müğənninin yaxınları isə bildirib ki, Elmira Rəhimova şəkər xəstəliyindən əziyyət çəkir, həkim nəzarətindədir.
