"Gələn həftə müayinə üçün Almaniyaya gedəcəm. Artıq bununla bağlı bütün hazırlıqlar görülüb”.
Bunu AzNews.az-a Xalq artisti Rafiq Hüseynov bildirib. Onun sözlərinə görə, müayinə və müalicə xərclərinin ödənilməsində dövlət dəstəyi olacaq: "Almaniyadakı həkim tanışdır. Onun belə əməliyyatların öhdəsindən gəldiyini deyirlər”.
R.Əliyev açıqlamasında bildirib ki, dostları onun müalicəsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. Fonddan Xalq artistinin müalicəsi ilə bağlı bütün köməkliyi göstərəcəklərini bildiriblər.
Xatırladaq ki, R.Hüseynovun ağciyərində bir müddət əvvəl xərçəng xəstəliyi aşkarlanıb.
.
