Xalq artisti Amaliya Pənahova "Bizim mətbəx” verilişinin qonağı olub.
Yenizaman.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa əsgərlərimizdən söhbət açıb. O bildirib ki, əsgərlərimizə ruh yüksəkliyi lazımdır:
"O gün olsun, şad günlərdə görüşək, artıq vaxt çatıb ki, şad xəbərlər alaq. Biz hər zaman hərbi hissələrdə çıxışlar etmişik. Torpaq, vətən, bayraq sevgisi ailədən gəlməlidir. Bu sevginin aşılanmasında teatrların böyük rolu var. Ordu qarşısında tamaşalar göstərəndə görürdük ki, əsgərlər döyüşə can atırlar. 1994-cü ildə biz döyüşlər gedən cəbhə bölgəsinə getdik.
Kərimbəyli, Batmanbəyli və bir çox kəndlərimiz uğrunda döyüşlər gedirdi. O vaxt orada döyüşən batalyonumuz geriləyirdi. Bizim çıxışımızdan sonra döyüş başladı. Bizi oradan uzaqlaşdırdılar. Biz geri qayıdanda artıq əsgərlərimiz kəndlərimizi geri almışdılar. Onlar bildirdilər ki, geri qayıtmağımız onları hiddətləndirib. Dedilər ki, biz belə sənətkarları qaçırtdıq. Bizim əsgərlərlə olmağımız onlarda ruh yüksəkliyi yaradır. O gün olsun əsgərlərimiz hücuma keçsinlər və torpaqlarımız geri qayıtsın”.
.