Xaçmazda ölümlə nəticələnmiş yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Ağyaz Buduq kəndində 1953-cü il təvəllüdlü Hacıyeva Nəzakət Hacağa qızına məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət ev yanıb.
Evin sahibinin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Yanğın söndürülüb.
.