Xaçmazda yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Krasnı Xutor kəndində vətəndaşa məxsus ümumi sahəsi 82 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının tüstü bacasının ətrafı 20 m2 və tavan hissəsi 10 m2 sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
.