
Bu gün axşam saatlarında Xaçmaz rayonunun Çarxı kəndi ərazisində azyaşlının vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Xaçmaz rayonunun Hülövlü kənd sakini Abbasov İnşallah Məmməd oğlunun idarə etdiyi 27 BH 935 dövlət qeydiyyat nişanlı "Qaz 53" markalı avtomobil azyaşlı qızı vurub.
Xəsarət alan 2009-cu il təvəllüdlü Xaçmaz rayonunun Çarxı kənd sakini Hacıbalayeva Fatimə Taleh qızı Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralıya döş qəfəsinin və qarın boşluğu orqanlarının əzilməsi diaqnozu qoyulub. Azyaşlının vəziyyəti çox ağır olduğundan o, təcili olaraq paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib.
Hadisənin başvermə səbəbləri Xaçmaz rayon Polis Şöbəsində aparılan araşdırmaların sonunda bəlli olacaq. Araşdırmalar yekunlaşandan sonra hadisəyə hüquqi qiymət veriləcək. (Regional tv)
.