Sal Tessio obrazı ilə şöhrət qazanan aktyor dünyasını dəyişib.

Anspress xəbər verir ki, məşhur aktyor Abe Viqoda 94 yaşında dünyasını dəyişib.

Bütöv adı Avraam Çarlz Viqoda (Abe Viqoda) olan aktyor əsasən rejissor Frensis Ford Kapporanın şah əsəri "Xaç atası" filmindəki Sal Tessio obrazı ilə şöhrət qazanıb.

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu York şəhərinin Bruklin rayonunda anadan olan Abe Viqoda 1970-ci ildə nümayiş olunan "Barney Miller" serialında baş rolu canlandırıb.

Bir çox kino tənqidçiləri qeyri-adi mimikaları və maraqlı üz cizgiləri səbəbindən onu əvəzolunmaz aktyor hesab edirdi.

.