
Kabelsiz bağlantı sistemi ilə əlaqədar aparılan son araşdırmaya görə, wifi xərçəng riskini artırır, sperma sayı aşağı salır və başqa xəstəliklərə də yol açır. Wi-Fi-dan istifadə edən 1082 sağlam kişidən alınan sperma nümunələri tədqiq edilib. Sperma analizi verən sağlam kişilərdən internetdən istifadə vərdişləri də soruşulub. Sorğunun nəticələrinin təhlili isə maraqlı faktları üzə çıxarıb. Araşdırmaya görə, Wi-Fi-dan istifadə edənlərdə, kabelli internet istifadə edənlərlə müqayisədə sperma fəallığı ciddi nisbətdə azalır.
Wi-Fi 2-ci dünya müharibəsi zamanı düşmənin uçan obyektlərini təyin etmək üçün quraşdırılan və güclü şüalanma verən radar operatorları ilə müqayisə edilir və insan orqanizminə vurduğu ziyana görə eyniləşdirilir. Araşdırmaların nəticəsi olaraq bildirilir ki, uşaqları kabelsiz bağlantı sistemindən uzaq tutmağımız şərtdir. Bir zamanlar siqaret üçün "Zərərsizdir" deyib, illər sonra siqaretin xərçəng hüceyrələrini oyatdığı məlum olduğu kimi, kabelsiz bağlantı sistemi də 30-40 il sonra insanlarda ciddi problemlərin yaranmasına səbəb olacaq. (Bizimyol.info)
.