Vyanada naməlum şəxs sinaqoqda olanlara 50 dəfə atəş açıb.

“OE24” telekanalı xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

Belə ki, şəxsiyyəti məlum olmayan şəxs sinaqoqda olan insanlara pulemyotla atəş açıb.

Nəticədə yeddi nəfər güllə yarasından dünyasını dəyişib. Daha sonra cinayətkar özünü partladıb.

Avstriya Daxili İşlər Nazirliyi hadisənin terror aktı olması versiyasını istisna etmir. Faktla bağlı araşdırma aparılır.

.