Serbiyada keçirilən prezident seçkilərində ilkin nəticələr məlum olub.

 “RİA Novosti“ xəbər verir ki, seçki komissiyasının ilk məlumatına görə, seçkilərdə Aleksandr Vuçiç 71,98% səslə liderdir.

Onun ən yaxın rəqibi Zdravko Ponoş 8,81 faiz, qalan namizədlər isə beş faizdən az səs toplayıb.

Prezident seçkilərində ümumilikdə 8 namizəd mübarizə aparırdı.

Həmçinin 12 bələdiyyə və Belqrad da daxil olmaqla iki şəhərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Seçkilərdə 6 milyon 501 min 689 nəfərin səsvermə hüququ var.

Ümumilikdə ölkədə səkkiz mindən çox seçki məntəqəsi və dünyanın 34 ölkəsində 77 səsvermə yeri fəaliyyət göstərib.

.