VTB (Azərbaycan) milli valyutada olan“Universal” əmanəti üzrə baza faiz dərəcələrini artırır. Depozitin maksimum gəlirliliyi illik 10,2%  -ə qədər olacaq.
Müştərilər vəsaitlərini milli valyutada 1095 günə, xarici valyutada - 731 günəqədər yerləşdirə bilərlər. Minimum əmanət məbləği milli valyutada 100 manat, xarici valyutada 100 dollar və ya 5000 rubl təşkil edir. Əmanətəvəsaitinəlavəedilməsimümkündür.

“VTB müştərilərinə şəxsi vəsaitlərinin yığımı üçün ən əlverişli şərtləri təklif etməyə çalışır. 
Bankımızın depozit məhsullarına və xüsusilə millivalyutada olan əmanətlərə bazarda böyük tələbat var. Qeyd edək ki,fiziki şəxslərin depozit portfeli ilin əvvəlindən 20,8% artaraq doqquz ayın yekunlarına görə 31,7 milyon manat təşkil etmişdir. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, VTB (Azərbaycan) əmanətlər daxilində faiz dərəcələrini artırır və müştərilərə pullarını qazandıqları və ya xərclədikləri valyutada çoxaltmağı təklif edir", deyə,bankınidarəheyətininsədrivəzifəsiniicraedənYevgeni Borodinbildirdi.

HazırdaVTB (Azərbaycan) müştəriləri faiz gəlirlərini yerləşdirmə müddətinin əvvəlində almağa imkan verən “Avans”, uzun müddətli "Sərfəli" və qısa müddətli  "Sərbəst" əmanətlərindən də istifadə edə bilərlər.

Sentyabrın sonuna VTB (Azərbaycan)-ın ümum idepozit portfeli ilin əvvəlindən 16,7%artaraq 96,2 milyon manat təşkil etmişdir.
 

.