VTB (Azərbaycan) milli valyutada “Sərfəli” əmanəti üzrə baza faizdərəcəsini artırır. Əmanət üzrə maksimal gəlirlik indi illik 12%-ə qədər olacaq.

Siz 3 aydan 3 ilədək müddətə manat, dollar və ya rublla “Sərfəli” depoziti aça bilərsiniz. Milli valyutada minimum əmanət məbləği 100 manat, xarici valyutada isə 100 dollar və ya 5000 rubl təşkil edir. Müştərilər vəsaitin yerləşdirilməsini eyni məbləğ və müddət üçün birdəfə uzada bilərlər. Əmanətin qismən artırılması və ya çıxarılması mümkün deyil.

“Biz müştərilərimiz üçün məhsullar üzrə şərtləri daim təkmilləşdiririk və depozitlər üzrə gəlirliliyin artırılması bu istiqamət də daha bir addımdır. Doqquz ayın yekunlarına görə, fərdi müştərilərin depozitləri üzrə portfelilin əvvəliilə müqayisədə 20%-dən çox artaraq 31,7 milyon manat təşkil edib. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, VTB (Azərbaycan) müştərilərimizin əmanətlərini qoruyub saxlaya və maksimum dərəcədə artıra bilməsi üçün bazarda ən sərfəli tariflərdən birini təkli fedir”, - deyə VTB (Azərbaycan)-ın Pərakəndə Biznes Departamentinin direktoruYevgeni Borodin bildirib.

VTB (Azərbaycan) müştəriləri, həmçinin yerləşdirmə müddətinin əvvəlində faiz gəlirlərinin ödənilməsinit əklif edən “Avans” depozitindən, uzunmüddətli “Universal” əmanətindən və qısamüddətli əmanətdən – “Sərbəst”-dən istifadə edə bilərlər.

VTB (Azərbaycan)-ın ümumi depozit portfeli sentyabrın sonunda ilin əvvəlindən 16,7% artaraq 96,2 milyon manat təşkiledib.

.