
Voronejdə 38 yaşlı qadın öz mənzilinə Azərbaycan və Özbəkistanın ümumilikdə 270 vətəndaşını qeydiyyata alıb. "Report" Voronej vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, 5 sayı polis şöbəsinin əməkdaşları xarici vətəndaşların saxta qeydiyyata alınması faktını müəyyən ediblər.
Məlum olub ki, bu ilin aprel ayından avqust ayına qədər olan dövrdə 3 mənzili olan 38 yaşlı qadın pul müqabilində 270 Azərbaycan və Özbəkistan vətəndaşını yaşamaq üçün yer əqdim etmək niyyəti olmadan miqrasiya qeydiyyatına salıb. Xarici vətəndaşlar başqa yerlərdə yaşayıblar.
Faktla bağlı cinayət işi açılıb.
.