Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Volqoqrad vilayəti ərazisinə pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, PUA-nın düşməsi nəticəsində yanğın baş verib.
PUA-nın Müdafiə Nazirliyinə məxsus obyektin ərazisinə düşdüyü vurğulanıb.
PUA hücumu səbəbindən vilayət aeroportunda təyyarələrin uçuşuna və enişinə məhdudiyyətlər qoyulub.
.