Rusiya prezidenti Vladimir Putinlə İsrail baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

Kremlin mətbuat xidməti verdiyi məlumata görə, Rusiya dövlətinin başçısı Naftali Benneti və İsrail xalqını bu gün qeyd olunan milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edib. Rusiya-İsrail dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi və iki ölkə rəhbərliyi arasında faydalı əlaqələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.

.