Putin və Tramp bir saata yaxın danışıblar, digər məsələlərlə yanaşı, Ukraynanı da müzakirə ediblər.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Tramp yenidən hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirib. Putin qeyd edib ki, münaqişənin siyasi danışıqlar yolu ilə həlli axtarışları davam edir.

Putin Trampa bildirib ki, Rusiya öz qarşısına qoyduğu məqsədlərinə çatacaq və onlardan geri çəkilməyəcək

“Ümumiyyətlə, bu iki lider arasında söhbət, həmişə olduğu kimi, eyni dalğada və səmimi, işgüzar və konkret olub. Prezidentlər, təbii ki, ünsiyyətlərini davam etdirəcəklər. Belə bir razılaşma var”, - Kreml rəsmisi vurğulayıb.

.