NATO-nun şərqə doğru genişlənməsi Soyuq Müharibədən sonrakı eyforiya və yanlış təsəvvürlərin nəticəsidir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

Vladimir Putin bildirib ki, NATO onun ölkəsinin sərhədlərinə yaxınlaşacağı təqdirdə, Rusiya hərbi-texniki tədbirlər görməyə hazırdır.

"Qərbli həmkarlarımızın aşkar aqressiv xətti davam edərsə, biz adekvat hərbi-texniki tədbirlər görəcəyik və qeyri-dost addımlara sərt reaksiya verəcəyik. Mən vurğulamaq istəyirəm ki, bizim buna haqqımız var”, - Vladimir Putin bildirib.

Putin həmçinin bir zamanlar Moskva ilə Qərb arasında az qala müttəfiq münasibətlərə baxmayaraq, Soyuq Müharibədən sonra NATO-nun şərqə doğru genişlənməsindən təəcübləndiyini vurğulayıb.

.