“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil, bu münaqişə dostlarımızla baş verir”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” müzakirə klubunun iclasında çıxışı zamanı deyib.

“Bizim üçün bu, xüsusi vəziyyətdir. Bəli, 92-ci ildə qrup yaradılıb. Həmsədrlər kimi Rusiya, Fransa, ABŞ-ın üzərinə danışıqlar prosesini təşkil etmək məsuliyyəti düşür. Mən yüz faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə səy göstərir, ancaq heç kim bu işdə Rusiya qədər maraqlı deyil”, - deyə V.Putin qeyd edib.

Onun sözlərinə görə, rusiyalılar üçün “bütün bunlar canlı” baş verir.

“Bütün bunlar yalnız gözlərimiz qarşısında deyil, həm də bizim insanlarımız, dostlarımız, qohumlarımızla baş verir”, - Rusiya lideri qeyd edib.

Putin: “Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

“Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Vaşinqton görüşünün uğurlu olacağına ümid edir, ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiya ilə həmrəy şəkildə çalışacağına ümid edir”.

“İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.

“Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, - deyə Rusiya lideri bildirib.

V.Putin bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır.

“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur.

“Bu kompromisin tapılmasını çox istərdim”, - V.Putin əlavə edib.

Putin: “Rusiyanın Azərbaycanla xüsusi əlaqələri var”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə sahib olub”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” müzakirə klubunun iclasında çıxışı zamanı deyib.

“Əvvəldən, Dağlıq Qarabağ və kimi dəstəkləməyimizdən başlayaq. Siz dediniz ki, Rusiyanın həmişə Ermənistanla xüsusi əlaqələri olub. Ancaq bizim həmişə Azərbaycanla da xüsusi əlaqələrimiz olub. Rusiyada iki milyondan çox erməni və iki milyona yaxın azərbaycanlı yaşayır. Bunlar yalnız müvəqqəti qazanc arxasınca gələnlər deyil, həm də burada demək olar ki, daimi yaşayan insanlardır”, - deyə V.Putin bildirib.

Putin: “Rusiya heç vaxt dövlətlər arasındakı gərginliklərdən sui-istifadə etməyib”

“Rusiya heç vaxt dövlətlər arasındakı gərginliklərdən sui-istifadə etməyib”.

RİA-nın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə Fransa arasında Dağlıq Qarabağ mövzusundakı ziddiyyətlərindən danışarkən bildirib.

“NATO daxilindəki ziddiyyətlərə, Türkiyə ilə Fransa arasındakı mübahisələrə gəldikdə, biz heç vaxt digər dövlətlər arasında yaranan gərginliklərdən sui-istifadə etməmişik. Bizim sabit yaxşı, deməzdim hələlik tam, amma yenə də yaxşı perspektivlərimiz var. Hər halda, Fransa ilə əlaqələrimizin yaxşı keçmişi var. Türkiyə ilə artan işbirliyimiz var, ümumiyyətlə Türkiyə bizim qonşumuzdur”, - deyə Putin “Valday” müzakirə klubunun iclasında çıxışı zamanı bildirib.

.