Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Devid Kemeronla görüşüb.
İTAR-TASS-ın verdiyi xəbərə görə, G20 sammiti çərçivəsində baş tutan görüş bağlı qapılar arxasında keçirlib.
Xatırladaq ki, G20 sammiti ərəfəsində Devid Kemeron rusiyalı həmkarı ilə Rusiya və Qərb ölkələri arasındakı əlaqələri, o cümlədən Ukrayanadakı son vəziyyəti müzakirə edəcəyini bildirib. Böyük Britaniyanın hökumət başçısı ölkəsinin yeni "Soyuq Müharibə" istəmədiyini xüsusi vurğulayıb.
.