Avropa Birliyinin Vilnüsdə keçirilən sammitinin açılışında Litvanın prezidenti xanım Dalia Qribauskaytė, Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Stefan Fule, ABŞ-ın Demokratiya Dəstək Fondunun vise prezidenti Nadia Duk və digərləri çıxış ediblər. Bu barədə sosial mediada sammitin işində iştirak edən iqtisadçı Qubad İbadoğlu məlumat yayıb.
Onun sözlərinə görə, Moldova və Gürcüstanla assosiaya və azad ticarət, Azərbaycanla və digər üzv ölkələrlə isə visa sadələşdirilməsinə dair sazişlər imzalansın: "Forumda elan olundu ki, bundan sonra Moldova vətəndaşları Avropa Birliyinə vizasiz gedə biləcəklər".
Sammitin gündəmində olan mısələlərdən biri də Azərbaycanda və Belarusda insan haqları və vətəndaş cəmiyyətinin durumu məsələləridir.
.
