"Dağıdılmış Şuşaya baxmaq çox acınacaqlıdır".

Bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Şuşaya səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, xarabalıqlara baxmayaraq, Şuşada hazırkı firavan həyat hər kəsi sevindirir:

"Azərbaycan xalqında döyüş ruhu və əhval-ruhiyyəsi varsa, bütün xarabalıqları bərpa etmək olar. İndi Azərbaycanda yaxşı vaxtdır, güclü xalq yaranıb".

.