Macarıstanın Baş naziri Viktor Orban Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Macarıstan Baş naziri Orban noyabrın 11-də keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) dövlət və hökumət başçılarının iclasında iştirak etmək üçün Özbəkistanda səfərdədir.

Xatırladaq ki, Macarıstan TDT-nin müşahidəçi üzvüdür.

.