Bu gün VIII Bakı Qlobal Forumu çərçivəsində Şuşada "Mədəni irsin qorunması” mövzusunda panel iclası keçirilib.

İclas Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə baş tutub.

***

VIII Bakı Qlobal Forumunda iştirak edən bir qrup nümayəndə heyəti Şuşadadır.

VIII Bakı Qlobal Forumu çərçivəsində sonuncu paneli bu gün Şuşada “Qarabağ” otelində keçiriləcək.

Panelin moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldindir. Paneldə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, Ağa Xan Fondunun Prezidenti Luis Monreal və Ümumdünya İrs Mərkəzinin keçmiş rəhbəri Françesko Bandarinin videomüraciətləri səsləndiriləcək.

Paneldə İslam Konfransı Təşkilatının (İKT) sabiq baş katibi Əkmələddin İhsanoğlu, Ümumdünya Abidə Fondunun keçmiş sədri Bonnie Burnham və ISESCO-nun keçmiş baş direktoru Əbdüləziz əl-Tuveycri çıxış edəcəklər.

.