"Veysəloğlu” MMC ötən gün Yevlax rayonunda baş verən dəhşətli qəzada həlak olan işçiləri barədə məlumat yayıb.

Yevlax rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərdən 3 nəfəri Veysəloğlu şirkətinin Mingəçevir regional ofisinin əməkdaşlarıdır.
"Dünyasını dəyişən əməkdaşlarımız bunlardır:
1. Satış təmsilçisi, 1993-cü il təvəllüdlü Zülqədərli Zülqədər Üzeyir oğlu, subaydır;
2. Satış təmsilçisi (təcrübəçi), 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu, ailəlidir, 2 övladı var;
3. Merçendayzer, 1992-ci il təvəllüdlü Allahverdiyev Zahir Həsən oğlu, subaydır”.
.