Vətəndaş Cəmiyyətinin nümayəndələrinin QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklər barədə

BƏYƏNATI

Biz, vətəndaş cəmiyyəti nümayəndələri Milli Məclisin 17 dekabr 2013-cü il tarixli
növbəti plenar iclasında qəbul edilmiş və QHT fəaliyyətini məhdudlaşdıran
qanunvericiliyə əlavə və dəyişikliklərdən son dərəcə narahatlığımızı ifadə edirik.
Təklif edilən dəyişiklik və əlavələr QHT-lərin fəaliyyətini ciddi məhdudlaşdıran,
onların üzərinə çətin hesabat vermə öhdəlikləri qoyan maddələri özündə ehtiva edir və
fundemantal birləşmək azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Qanunlara əlavə və dəyişikliklər edilərkən vətəndaş cəmiyyəti nümayəndələri təklif
edilən qanun dəyişiklikləri və əlavələrini əldə edə bilməmiş, ancaq onların bəzilərinə
yerli mediada rast gəlmək olmuşdur ki, nəticədə dəyişikliklər ictimai müzakirələrdən
kənar parlamentdə qəbul edilib.

Baxmayaraq ki, QHT fəaliyyəti ilə bağlı müxtəlif qanunlara dəyişiklik və əlavələr 17
dekabr 2013-cü il tarixdə qəbul edilib, biz Azərbaycan Respublikası prezidentini
dəyişiklik və əlavələri qanuniləşdirməkdən çəkinməyə çağırırıq. Bundan başqa, biz bu
qanun dəyişiklikləri və əlavələrinin qüvvəyə minməməsi üçün yerli və beynəlxalq
cəmiyyəti təcili fəal olmağa çağırırıq.

Qəbul edilmiş dəyişikliklər QHT-lərə qarşı güclü təzyiqlərin olduğu ərəfədə
Azərbaycan höküməti tərəfindən irəli sürülüb. Bu ilin yazında ianə ilə bağlı
qanunvericiliyə edilən dəyişikliklərə görə QHT-lər ianələri ancaq bank köçürməsi
vasitəsi ilə ala bilərlər və onlardan bu barədə Maliyyə Nazirliyinə məlumat vermək
tələb olunur. Daha sonra, bu il ərzində Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərə görə
əcnəbilərin könüllü olaraq yerli QHT-lərdə işləməsi qadağan olunub. Həmçinin, 2013-
cü il prezident seçkiləri öncəsi bir neçə təşkilatlar, o cümlədən seçkilərin müstəqil
qiymətləndirməsini aparan nüfuzlu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi
Mərkəzi hüquq mühafizə orqanları tərəfindən cinayət ittiamı ilə qarşılaşıb və daha
sonra vergi yoxlamalarına, cinayət işi araşdırmalarına və xarici səfər məhdudiyyətlərinə
məruz qalıb.
Vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlərin davamı olaraq SMDT-nin sədri
Anar Məmmədli barəsində Nəsimi rayon məhkəməsi 16 dekabr 2013-cü il tarixdə həbs-
qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib və o, 2 ay müddətinə həbs
edilmişdir.
Vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlərin davamı olaraq qanunvericiliyə
qəbul edilmiş əlavə və dəyişikliklər əsasən aşağıdakı məhdudiyyətləri yaradacaq:
- Sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim
edilməməsinə, yanlış məlumatların verilməsinə görə vəzifəli şəxslər min
manatdan 2 min manatadək, QHT-lər, xarici QHT-lərin Azərbaycan
Respublikasındakı filial və ya nümayəndəlikləri 2,5 min manatdan 3 min
manatadək miqdarda cərimə ediləcək. Halbuki, bu halda dövlfət orqanlarını
- ”Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunu ilə
müəyyən edilmiş qaydada və hallarda qeyri-hökumət təşkilatlarının, habelə
xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliyinin fəaliyyəti
məhkəmə qərarı ilə bir ilədək müddətdə dayandırıla bilər.
- Azərbaycanda dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti ilə bağlı
məhdudiyyət qoyulacaq. Dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti 90
günə bitəcək.
- Əlavə olunan 340-2-ci maddəyə görə, QHT-lər, xarici dövlətlərin QHT-lərinin
Azərbaycandakı nümayəndəlikləri tərəfindən təsis sənədlərinin qanunvericiliyin
tələblərinə uyğunlaşdırılmamasına görə vəzifəli şəxslər üçün min manatdan 2
min manatadək, xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri 2500 manatdan
3 min manatadək cərimə oluna bilər.
- Azərbaycanda fəaliyyətinə icazə verilən əcnəbi QHT-lərə sədr müavinlərinin
azərbaycanlı təyin edilməsi tələbi qoyulur. Eyni zamanda, xarici dövlətlərin qeyri-
hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız bir
nümayəndəlik və ya filial yaradılması mümkün olacaq.
- "…Təşkilatın üzvlərinin hüquqlarının pozulduğu və birləşmə hüququnun həyata
keçirilməsi üçün maneələrin yaradıldığı müəyyən edildikdə təşkilatın üzvlərinin iddia
ərizəsi əsasında qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə 1 il müddətinə
dayandırıla bilər.”
- Azərbaycanda qeydiyyatı ilə bağlı müqavilə müddəti uzadılmayan xarici QHT-
lərin fəaliyyəti birdəfəlik ləğv ediləcək. Maddəyə edilən əlavədə göstərilir ki,
xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı
hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu
Qanun ilə müəyyən edilmiş qaydalar tətbiq edilir: "Azərbaycan Respublikasında
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin
dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddətinin
uzadılmaması həmin filial və ya nümayəndəliyin ölkədə ləğv edilməsi üçün
əsasdır”.
- "…Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması
(verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank və hər hansı digər əməliyyatların
aparılmasına, həmçinin fiziki və hüquqi şəxslər tərəfindən həmin qrantların icrası üzrə
müqavilələrin bağlanılması və ya digər təşkilati tədbirlərin həyata keçirilməsinə görə -
fiziki və ya vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda,
hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə ediləcək." Bu
müddəa fərdi qrantların alınmasını və icrasını çətinləşdirir.
Biz bir daha Azərbaycan hökümətindən ölkədə qeyri hökümət təşkilatlarının
fəaliyyətini tənzimləyən qanunvericiliyi beynəlxalq insan hüquqları sənədlərində
müəyyən edilmiş standartlara uyğunlaşdırmağa və vətəndaş cəmiyyəti
nümayəndələrinə qarşı aparılan davamlı təzyiqlərə son qoymağa çağırırıq.
Bakı şəhəri, 18 dekabr 2013
1. Rəşid Hacılı, Media Hüququ İnstitutu
2. İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti
3. Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
4. Dilarə Əfəndiyeva, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Mərkəzi
5. Mətanət Əzizova, Qadın Krizis Mərkəzi
6. Ənnağı Hacıbəyli, Azərbaycan Hüquqçular Assosiasiyası,
7. Emin Hüseynov, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu
8. Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım İctimai Birliyi
9. Ziya Quliyev, Hüquq Təşəbbüsləri Mərkəzi
10. Qubad İbadoğlu, İctimai Təşəbbüslər Mərkəzi
11. Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi
12. Eldar Zeynalov, Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzi
13. Aytəkin İmranova, İslam, Demokratiya və İnsan haqları Mərkəzi
14. Mehdibəy Səfərov, Azəri-Talış İctimai Birliyi
15. Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
16. Cavad Cavadov, Vəkil
17. Elçin Abdullayev, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyi
18. Leyla Yunus, Sülh və Demokratiya İnstitutu
19. Mirəli Hüseynov, Demokratiyanı Öyrənmə İctimai Birliyi
20. Taleh Əliyev, Vətəndaş Cəmiyyəti İnstitutu İctimai Birliyi
21. Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiəsi Mərkəzi
22. Məhəmməd Talıblı, İqtisadi Təhlil Mərkəzi
23. Sevil Yüzbaşova, Eko-Aləm İctimai Birliyi
24. Xalid Kazımlı, Regional İnsan Hüquqları və Media Mərkəzi
25. Şaban Nəsirov, İnsan hüquqları-2003 İctimai Birliyi
26. Nəsrulla Nurullayev, Ahıl Ziyalılara Qayğı ictimai birliyi
27. Mübariz Tağıyev, Mədən Sənayesində İnsan Haqları İctimai Birliyi
28. Sabit Bağırov, Sahibkarliğın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
29. Əlövsət Sadıqlı, Təhsil Tədqiqatları Mərkəzi
30. İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi
31. Şəhla İsmayıl, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti
32. Şükür İzzətoğlu, Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi
33. Mehriban Vəzir, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi
34. Səadət Bənənyarlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi
.