"Ermənistanın Azərbaycanla sərhəd bölgədə davam edən mədən əməliyyatları həm Azərbaycan, həm də Ermənistan üçün ciddi səhiyyə böhranı yarada bilər".

Bu, Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciətində deyilir.

"Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir.

Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər", - müraciətdə qeyd olunur.

.