“Vətən Müharibəsində azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Baş Prokurorluqda 76 cinayət işi başlanılıb”.

Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır: ”Bu istiqamətdə işlərimiz beynəlxalq müstəvidə davam etdirilir. Bununla yanaşı, Birinci Qarabağ müharibəsi və eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı 300-ə yaxın Ermənistan vətəndaşı axtarışa verilib".

Vətən Müharibəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə 24 erməni beynəlxalq axtarışa verilib

İkinci Qarabağ Müharibəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə 24 nəfər erməni beynəlxalq axtarışa verilib.

Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.

Kamran Əliyev: "Müharibədə itkin düşmüş sayılan 7 nəfərdən birinin meyiti tapılıb"

"Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir".

Bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, meyitdən DNT analizi götürülüb: "Çox güman ki, itkinlərin sayı 6-ya düşəcək. Bununla bağlı aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir".

Baş prokuror, həmçinin, qeyd edib ki, Birinci Qarabağ Müharibəsində itkin düşən şəxslərin sayı 4 minə yaxındır.

Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsində itkin düşmüş 150-yə yaxın şəxsin meyiti aşkarlanıb

"Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin tapılması istiqamətində də fəaliyyətimiz davam edir".

Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, bu istiqamətdə aidiyyəti dövlət qurumları və digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir: "İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 150-yə yaxın şəxsin meyitini aşkar etmişik. İşğaldan azad olunmuş ərazilərdən onların meyitlərini tapmışıq. Qarşı tərəf də bizə bir neçə nəfərin meyitini təhvil verib".
 

.