Azərbaycan vergidən yayınan daha iki nəfəri beynəlxalq axtarışa verib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumata görə, 51 yaşlı Sergey Slobodin və 47 yaşlı Ruslan Çobanov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilirlər. Hər iki şəxs Azərbaycandan qaçıb, onların saxlanılması üçün İnterpola müraciət olunub. Hazırda dövlətlərarası axtarış tədbirləri davam etdirilir.
.
