Nazirlər Kabineti “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “2020-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə prezidentinin 16 dekabr 2019-cu il tarixli fərmanının icrasını təmin etmək məqsədi daşıyır və gələn il yanvarın 1-də qüvvəyə minəcək.

.